Avtobuslarda kondisionerlər niyə işləmir? - RƏSMİ AÇIQLAMA

Gündəm 07 İyun 2022 | 20:17
OXUNUB: 1189

Bu il havanın bir qədər gec isinməsindən şikayətlənənlər, indi də istidən gileylənir. 

Avtosfer.az xəbər verir ki, İsti havada ictimai nəqliyyatda, xüsusilə avtobuslarda yol getmək adamın ürəyini sıxır.  Kondisionerlərlə təchiz olunan avtobuslarda havalandırma sisteminin iyunun 1-dən iqlim şəraitinə uyğun tənzimlənməsi tapşırılıb. Amma buna baxmayaraq, bir çox avtobuslarda hələ də kondisionerlər qoşulmayıb. Necə deyərlər, nə əsər var, nə əlamət... Maraqlıdır, tapşırıq verilməsinə baxmayaraq, kondisionerlərin işləməməsinin səbəbi nədir? Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində "BakuBus" MMC-ə mətbuat katibi Qabil Babayev cavablandırıb.  O bildirib ki, təchizat zəncirinin pozulduğu üçün ehtiyat hissələrinin çatışmazlığı mövcuddur: “Hazırda cəmiyyətimiz tərəfindən müntəzəm marşrut xətlərində istifadə olunan avtobusların 90 faizində kondisionerlər standart olaraq çalışır.  Eyni zamanda bildiririk ki, hazırda bir sıra sahələrdə olduğu kimi təchizat zəncirinin pozulması səbəbindən ehtiyat hissələrinin çatışmazlığı mövcuddur. Lakin yaxın vaxtlarda respublikamıza ehtiyat hissələrinin gətirilməsi gözlənilir. Ehtiyat hissələri tədarük edildikdən sonra avtobuslarda işləməyən kondisionerlər də təmir olunacaq”.(Lent.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man