Bakının mərkəzində şəxsi park yerinin düzəldilməsinə kim icazə verib? - BŞİH-dən açıqlama

Gündəm 07 İyun 2022 | 14:29
OXUNUB: 659

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın Nəsimi rayonu, Bülbül prospektində (18-30 saylı evlə üzbəüz) ağacın məhv edilməsi və piyada səkisinin kəsilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İdarənin mətbuat xidmətindən Caliber.Az-a verilən məlumatda qeyd edilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsas şəhər yollarında təmir və yenidənqurma işləri aparılır.

“Bakı Şəhər İcra Hakimiyyəti burada yeni park yerlərinin yaradılması ilə bağlı heç bir rəy və icazə verməyib. Faktla bağlı məhkəmənin aparılması üçün aidiyyəti qurumlara müraciət göndərmişik”, - deyə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Xatırladaq ki, piyada səkisinin daraldılması və ağacın kəsilməsini təsdiqləyən fotolar sosial şəbəkələrdə böyük rezonans doğurub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man