Bakının mərkəzində ağacı kəsib parkinq yaradan bu qurum imiş - Adı bilindi

Gündəm 07 İyun 2022 | 12:29
OXUNUB: 672

Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında bir neçə avtomobil üçün şəxsi park yerinin salınması ilə bağlı xəbər böyük ajiotaj yaradıb.

Hazırda əraziyə başqa maşınların daxil olmaması üçün dəmir maneələr qoyulub. 

Yenisabah.az ərazidə ərazidə park yeri salan qurumun kimliyini öyrənə bilib.

Sözügedən ərazidə xidmət göstərən parklayıcılar saytımıza bildirib ki, avtomobillər üçün yeni park yeri Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Kinomatoqrafçılar İttifaqı tərəfindən salınıb.

 Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bu barədə “Yeni Sabah”-a açıqlamasında bildirib ki, həmin ərazidə heç bir ağac olmayıb:

“Orada heç ağac olmayıb. Həmin şəxs SSRİ dövründən qalma şəkilləri götürüb paylaşıb, bu saxta bir şeydir. Əgər ağac kəsilibsə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekspertiza rəyi verir.  Kinematoqrafçılar İttifaqı rəsmi dövlət təşkilatıdır, hansısa özəl sektor, yaxud biznes sahəsi deyil. Bu ittifaqın 400-ə yaxın üzvü, 11 katibi var, hamısı da Xalq artisti, professorlar, önəmli adamlardır. Əgər dayanacaq yoxdursa, həmin yaşlı adamlar gəlib maşını harada saxlamalıdır? Bu nə deməkdir?! Hansısa dılğırın biri gəlib nəsə çəkir, camaatı şantaj edir. Get, işinlə məşğul ol, sənə nə dəxli var ki, buranı kim edib, necə edib. “Harınlamış məmur” ifadəsi işlədir, İttifaqda məmur var?! Bura ictimai təşkilatdır, ölkənin qaymaqları, ictimai-siyasi elitasını əhatə edən şəxslər toplaşıb, hansı məmurdan söhbət gedə bilər?! İttifaqın qabağında iki böyük çinar ağacı var idi, hər ikisi yerindədir. Haçansa kiminsə ağacı kəsilib həmin kötüyü çəkib paylaşıb. Ayıbdır, belə biabırçılıq ola bilərmi?”

Ə.Vəliyev qeyd edib ki, dövlət qurumları tərəfindən park yerinin salınmasına rəsmi olaraq icazə verilib:

“Əgər əlində belə bir fakt varsa, qıraqdan çəkilmiş görüntüləri paylaşsın ki, Bülbül prospektində ağacları kəsiblər. Belə tərbiyəsiz adam olar? Sənin nə marağın var ki, belə provokasiya yaradırsan? Oqtay Mirqasımovun 80 yaşı var, İttifaqa işə gəlir, gələndə maşını harada saxlamalıdır? Hökümət özü dayanacağın yaradılmasına rəy verib. Bakı şəhər İcra Hakimiyyəti də, Bakı Nəqliyyat Agentliyi də, "Azəravtoyol" da icazə verib, hər şey rəsmiləşdirilib sonra yer verilib”.

Qeyd edək ki, sözügedən qurum bir müddət əvvəl vaxtilə AZƏRTAC-ın fəaliyyət göstərdiyi əraziyə köçüb. Ərazidə cəmi 1 ağac olub. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man