Bakıdakı məktəbdə müəllimləri oynadıb, sinələrinə pul basdılar - VİDEO

Gündəm 06 İyun 2022 | 15:29
OXUNUB: 2703

Sosial şəbəkədə Akademik Zərifə Əliyev adına liseyin müəllimlərinin videosu yayılıb.

Avtosfer.az Teleqraf.com-a istinadla xəbər verir ki, iddialara görə, görüntülər təhsil kompleksində çəkilib.

Görüntülərdə müəllim göbək rəqsi oynayır, təşkilati işlər üzrə direktor müavini Axundova Nigar müəllimin sinəsinə pul basır.

Məlumata görə, liseydə direktor vəzifəsini icra edən Aynur Hüseynova təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın yaxın qohumudur.

Liseylə əlaqə yaratmağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Bakı Şəhər Təhsil İdarəsindən birildirilib ki, lisey onların tabeliyində deyil.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev baş verən hadisəni qınayıb və məktəb rəhbərliyinin cəzalandırılmasını tələb edib: "Zərifə xanım Əliyevanın adını daşıyan Liseydə müəllim adına yaraşmayan hərəkətlərə yol vermək bağışlanmazdır. Liseyin direktoru və onun himayəçiləri cəzalandırılmalıdır".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man