DİN-dən iş adamına qarşı dələduzluq edilməsi iddiaları ilə bağlı AÇIQLAMA

Gündəm 03 İyun 2022 | 18:42
OXUNUB: 1039

Daxili İşlər Nazirliyi (DİN) Oğuz rayonunda iş adamına qarşı dələduzluq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Avtosfer.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Məsimov  bildirib ki, Oğuz Rayon Polis Şöbəsində vətəndaş Abbasqulu Məmmədovun müraciətinin araşdırılmaması ilə bağlı iddialar həqiqətə uyğun deyil. "Belə ki, mayın 31-də DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciət edən Abbasqulu Məmmədov Rasim Əliyev adlı şəxs tərəfindən ona məxsus heyvanların xəbərsiz şəkildə satıldığını deyib. Daxil olan müraciət əsasında tərəflər polis şöbəsinə dəvət olunub və onların izahatları alınıb. Hazırda faktla bağlı Oğuz Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir və nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - DİN rəsmisi vurğulayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man