Bakıda 20 marşrut xəttinin hərəkət sxemi dəyişir - DİQQƏT

Gündəm 03 İyun 2022 | 13:29
OXUNUB: 908

6 iyun, gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən, 20 marşrut xəttinin hərəkət sxemində aşağıda qeyd edildiyi kimi müvəqqəti dəyişikliklər ediləcək:

1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar üzrə avtobusların hərəkəri alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç. ilə təşkil ediləcək;

5 və 88 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi “28 May” metro stansiyası olmaqla hərəkəti “28 May” metro stansiyası - Puşkin küç., D.Əliyeva küç., 28 May küç., R.Behbudov küç. ilə təşkil ediləcək;

6 nömrəli marşrut üzrə avtobusların fəaliyyəti iki istiqamət üzrə - yəni 20-ci Sahə y/m - M.Useynov küçəsi və Axundov bağı – “Azadlıq prospekti” metro stansiyası istiqamətində təşkil ediləcək;

6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küç. olmaqla Ş.Şamil küç., Lermantov küç., B.Sərdarov küç. ilə təşkil ediləcək;

53 nömrəli marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küç. olmaqla təşkil ediləcəkdir.

125 və 127 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi “28 May” metro stansiyası olmaqla Bakı Dairəvi Avtomobil yolu, M.Müşfiq küç., Ş.Bədəlbəyli küç. ilə təşkil ediləcək;

61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. – R.Behbudov küç. ilə təşkil ediləcək;

65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç., - Ə.Cavad küç., - Azərbaycan pr. ilə təşkil ediləcək;

205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küç. ilə təşkil ediləcək, daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man