Lənkəranda polis 17 yaşlı tələbəni döyüb? - RƏSMİ AÇIQLAMA

Gündəm 02 İyun 2022 | 21:17
OXUNUB: 1975

Daxili İşlər Nazirliyi (DİN) 17 yaşlı tələbənin polislər tərəfindən döyülməsinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, mayın 31-də səhər saatlarında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları şəhər ərazisində xidmət apararkən Sosial və Aqrar-Texnoloji Kollecin qarşısındakı piyada keçidinin üzərində dayanaraq söhbət edən həmin kollecin tələbələri F.Xinqalov və 17 yaşlı Z.Z.-nin (ad, soy adı şərti) nəqliyyat vasitələri və piyadaların sərbəst hərəkətinə maneə yaratdıqlarını müşahidə ediblər:

"Polis əməkdaşları bununla bağlı həmin şəxslərə irad bildirərək onları nizam-intizama dəvət edib. Onlar isə polis əməkdaşları ilə mübahisə edib, həmçinin Z.Z nümayişkaranə şəkildə polis əməkdaşlarına tabesizlik nümayiş etdirib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilən hər iki şəxs barəsində İnzibati Xətala Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsinə əsasən inzibati protokol tərtib edilib və onlar sərbəst buraxılıblar.

Z.Z-nin döyülməsi ilə bağlı səsləndirilən iddialara gəldikdə isə qeyd edirik ki, həmin şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq və ya digər qanunsuz hərəkətə yol verilməyib. Həmin iddianın heç bir əsası yoxdur".

Qeyd edək ki, sosial şəbəkələrdə 17 yaşlı tələbənin mayın 31-i səhər saatlarında oxuduğu kollecin qarşısında iki polis əməkdaşı tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparıldığı, daha sonra orada döyülməsi ilə bağlı məlumat yayılmışdı.

unikal.org

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man