Gəmidə iş yoldaşını bıçaqlamaqda ittiham olunan matros Soltan Soltanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Soltan Soltanov 3 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə ötən il Xəzər dənizində Rusiya bayrağı altında üzən “Amur” gəmisində baş verib. Gəmidə matros işləyən Soltan Soltanov aralarında yaranmış mübahisə nəticəsində həmin gəminin motorçusuna bıçaqla xəsarət yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man