Axşam 11-dən sonra “Koroğlu”daavtobuslar olmur?

Gündəm 31 May 2022 | 19:49
OXUNUB: 942

“Saat hələ indi 12-yə işləyib, amma heç bir avtobus ortada yoxdur. Hər axşam biz bu problemi yaşayırıq”.

Avtosfer.az xəbər verir ki, bu barədə jurnalist Aləmdə Nəsib feysbuk hesabında məlumat yayıb. Onun sözlərinə görə, axşam saatlarında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yığılan sərnişinlər dəqiqələrlə avtobus gözləyirlər. Bu haqda video paylaşan şikayətçi qeyd edib ki, problemlə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət olunub: “Metronun bağlanmasına hələ 1 saat var, amma avtobusların heç biri yoxdur. Hər gün gəlirik deyirlər ki, “yoxdur, qırılıb, xarab olub, taksi ilə gedə bilərsiniz”. Hər gün 2-3 manat hardadır ki, taksiyə oturub gedək?!” Videoçəkiliş zamanı BNA əməkdaşı avtobuslarla bağlı məsələ haqda cavab verməli olduğu halda, jurnalisti taksi ilə evə yola salmaq istəyib. Sərnişin isə 204 nömrəli marşrutu gözlədiyini bildirib və taksidən imtina edib. Daha sonra yaydığı məlumatda o qeyd edib ki, şikayətlərinin ardınca əraziyə adıçəkilən marşrut xətti göndərilib. 

Məsələ ilə Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Mais Ağayev bildirib ki, problemlə əlaqədar araşdırma aparılıb: “Məlumat üçün deyim ki, “Kənan-2000” şirkətinin müvəqqəti istismarında olan 204 nömrəli müntəzəm marşrut xətti üzrə gün ərzində 9 avtobus 5 dəqiqə intervalla fəaliyyət göstərir. Axşam saat 21:10-dan sonra isə sərnişin tələbatı nəzərə alınaraq avtobuslararası interval 20 dəqiqə olur. Mərkəzləşdirilmiş Vahid Dispetçer Xidmətinin məlumatına əsasən deyə bilərəm ki, 30.05.2022-ci il tarixində yəni ötən axşam 204 nömrəli xətt üzrə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən sonuncu avtobus saat 23:10-da çıxaraq Ramana istiqamətində hərəkət edib. 23:30-da isə Ramana qəsəbəsindən “Koroğlu” NMM-ə çatıb.  Sərnişinlərin narahatlığı anlaşılandır, lakin bir şeyi də qəbul etmək lazımdır ki, gecə saatlarında xüsusən də axşam pik saatlarından sonra intervallar 20 bəzən isə 30-40 dəqiqəyə qədər uzanır. Həmin saat üçün sərnişin tələbatına nəzər yetirsək, bu cür uzanmaların normal olduğunu görə bilərik”.(Qafqazinfo)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man