Ömürlük məhkum hansı hallarda azadlığa buraxıla bilər? – Deputatdan AÇIQLAMA

Gündəm 31 May 2022 | 19:36
OXUNUB: 658

“Azərbaycan Cinayət Qanunvericiliyinə görə şəxs 8 halda cəzadan azad edilə bilər. Amnistiya Milli Məclis tərəfindən qəbul edilir.  Əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Prezident tərəfindən həyata keçirilir. Digər 6 forma isə məhkəmə qaydasında həll edilir: Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, xəstəliyə görə cəzanı çəkməkdən azad etmə, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə və zərərçəkmiş şəxslə barışmaqla cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad etmə. Azərbaycan qanunvericiliyində 12 cəza növü müəyyən olunub və ən ağır cəza ömürlük azadlıqdan məhrumetmədir. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs cəzadan ya əfv qaydasında Prezident tərəfindən, ya da məhkəmə qaydasında azad edilə bilər”.

Avtosfer.az xəbər verir ki, bu sözləri  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin həbsdən hansı hallarda azad edilə biləcəyini açıqlayarkən deyib. O bildirib ki, Cinayət Məcəlləsinin 57.3-cü maddəsinə əsasən, məhkəmə bir sıra şərtlər daxilində ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrumetmənin ən azı 25 ilini həqiqətən çəkdiyi halda ömürlük azadlıqdan məhrumetmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər: “Yəni ömürlük azadlıqdan məhrum edilən şəxsin məhkəmə tərəfindən bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilinməsi üçün həmin şəxs cəzasının ən azı 25 ilini çəkməlidir. Bir daha deyirəm, söhbət yalnız və yalnız məhkəmə qaydasında aparılan prosedurdan gedir. Əfv qaydasında isə ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumun cəzası ya yüngülləşdirilərək müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəzlənə, ya da o şəxs cəzadan tam azad edilə bilər. Cinayət qanunvericiliyinə əsasən, əgər şəxsin cəzası əfv nəticəsində ömürlük azadlıqdan məhrumetmədən müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəzlənəcəksə, bu cəza 25 ildən artıq ola bilməz. Lakin ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilən şəxs cəzadan əfv qaydasında tam azad ediləcəksə, burada hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Prosesi həyata keçirmək Konstitusiyamızın 109-cu maddəsinin 22-ci bəndinə əsasən Prezidentin səlahiyyətindədir”. (Pravda.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man