Azərbaycan dağlarında hindistanlı turistin itkin düşməsi barədə xəbər vermişdik.
Hüquq-mühafizə orqanlarından Avtosfer.az-a bildirilib ki, 20 gün əvvəl Zaqatalada yoxa çıxan Hindistan vətəndaşı, 29 yaşlı Kondaveeti Manikathinin axtarışlarına dronlar cəlb edilib. Dağlıq ərazilərdə aparılan axtarışlar hələlik heç bir nəticə verməyib.
Rayon Polis Şöbəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirdikləri axtarışlara, rayonun dağlıq və sərt meşəlik ərazilərinə yaxşı bələd olan yerli sakinlər və alpinistlər də qoşulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Lent.az-a açıqlamasında bildirib ki, turistin axtarışları davam etdirilir.
Qeyd edək ki, turist mayın 12-də Zaqatala rayonunda otellərdən birindən çıxaraq, geri qayıtmayıb. Onun dağlara qalxdığı güman edilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man