Ramanadakı su kanalı antisanitar vəziyyətdədir - VİDEO

Gündəm 30 May 2022 | 22:14
OXUNUB: 895

Sabunçu rayonu, Ramana qəsəbəsi, "Südçülük sovxozu" adlanan ərazidən keçən kanalda acınacaqlı mənzərə müşahidə olunur.

Avtosfer.az-ın məlumatına görə,suvarma kanalına atılan tullantıların yaratdığı üfunət hər kəsi narahat edir. Sakinlərin sözlərinə görə, bu vəziyyət uzun müddətdir ki, davam edir. Məsələ ilə əlaqədar Sabunçu rayon, Ramana qəsəbə nümayəndəliyindən bildirilib ki, sözügedən kanal həftədə 1-2 dəfə təmizlənir. Lakin sakinlər tərəfindən kanala məişət tullantılarının atılması kanalın yenidən bu hala düşməsinə səbəb olur. Abşeron Suvarma Sistemləri İdarəsinin sahə rəisi Rafel İbrahimov qeyd edib ki, ilin əvvəlində kanalda ümumi təmizlik işləri görülüb. Sahə rəisinin sözlərinə görə, magistral kanalda təmir bərpa işləri başa çatıb. ''Qol kanalların da təmiri ilə bağlı Meliorasiya və Su Təsərrüfatı'' ASC-yə məktub ünvanlanıb. Yaxın vaxtlarda əsaslı təmirə başlanacaq'',- deyə o əlavə edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man