Mayın 28-də şənbə günü səhər Heydər Əliyev Beynəlxalq Aeroportunda “LOT” aviaşirkətinin Varşavadan yerinə yetirilmiş ilk sərnişin reysinin təntənəli açılışı olub.
Ənənəvi olaraq, Bakı hava limanında yeni aviadaşıyıcının təyyarəsi su tağı ilə qarşılanıb. Varşavadan Bakıya və geriyə uçuşlar həftədə dörd dəfə “LOT” aviaşirkəti tərəfindən yerinə yetiriləcək. Heydər Əliyev Beynəlxalq Aeroportunda Polşa aviadaşıyıcısının ilk reysinin necə qarşılandığını videoçarxda görmək olar:(AviaTravel)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man