Türkiyənin milli müdafiə nazirinin Azərbaycana səfəri başa çatıb - FOTO

Gündəm 29 May 2022 | 17:28
OXUNUB: 1035

Mayın 29-da Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə Respublikasının Baş Qərargah rəisi və qüvvə komandanlarının da iştirak etdiyi səfər çərçivəsində nümayəndə heyəti bir neçə hərbi hissədə olub. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar silahlanmada olan hərbi texnika, eləcə də tədris sinifləri və digər hərbi obyektlərdə yaradılan şəraitlə tanış olublar. Hərbi qulluqçularla görüşən hər iki ölkənin hərbi rəhbərləri onlara gələcək xidmətlərində uğurlar arzulayıblar. Azərbaycanın müdafiə naziri qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salıb.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man