Sumqayıtda avtomobil yolu yenidən çökdü - FOTO - VİDEO

Gündəm 27 May 2022 | 13:49
OXUNUB: 678

Sumqayıtda avtomobil yolu çöküb.

Avtosfer.az xəbər verir ki, şəhərin Kamran Hüseynov küçəsində baş verən hadisə zamanı yol yararsız vəziyyətə düşüb.

İlkin ehtimala görə, çökməyə səbəb kanalizasiya borularının köhnə olması səbəbindən çirkab suların daşaraq torpaq qatını yumasıdır.

Səhər saatlarından əraziyə “Azərsu” ASC-nin briqadası cəlb edilib. Yolda təhlükəsizlik məqsədilə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

“Azərsu” ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən küçədə qəza dünən gecə saatlarında baş verib:

“Qəza ilə bağlı daxil olan müraciət əsasında əraziyə qurumun Sumqayıt Su Kanal İdarəsinin qəza xidmətinin əməkdaşları cəlb edilib. Ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb. Sovet dövründən istifadədə olan kanalizasiya boruları olduğundan müxtəlif vaxtlarda burada bir neçə dəfə bənzər hal baş verib. Hazırda yolun çökmüş hissəsindən keçən 600 mm-lik dəmir-beton borularda qəzalı olan hissənin yenilənməsi üçün tədbir görülür”.

Qeyd edək ki, şəhərin sözügedən K.Hüseynov küçəsində avtomobil yolunun müxtəlif istiqamətlərində dəfələrlə yol çökməsi qeydə alınıb. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man