“Teknofest Azərbaycan”a təcili yardım briqadaları təhkim olunublar

Gündəm 26 May 2022 | 17:13
OXUNUB: 1160

Bakıda ilk dəfə keçirilən “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları təhkim olunublar.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bakı Kristal Zalı və Dənizkənarı Milli Park ərazisində keçirilən “Teknofest Azərbaycan”da 2 həkim məntəqəsi (hərəsində 4 həkim olmaqla – pediatr, terapevt, travmatoloq, nevropatoloq və 2 tibb bacısı) fəaliyyət göstərir.

Həmçinin, ərazidə 2 Təcili və Təxirəsalınmaz Tibbi Yardım postu (hər postda 3 ambulans avtomobili, hər ambulansda 2 həkim və digər tibb işçilərindən ibarət briqada olmaqla) işə başlayıb.

Festival müddətində (26-29 may) briqadalar fəaliyyətlərini davam etdirəcəklər.

Qeyd edək ki, “Teknofest” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunur.

“Teknofest Azərbaycan”ın yerli təşkilatçısı isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man