“Baykar Makina” şirkətinin texniki direktoru Səlcuq Bayraktar “TEKNOFEST Azərbaycan” Festivalına qatılan iştirakçıların layihələri ilə tanış olub.
Avtosfer.az xəbər verir ki, S.Bayraktar festival iştirakçılarının layihə ilə bağlı fikirlərini, investisiya məsələlərini və bu sahədə çətinliklərin olub-olmadığı ilə maraqlanıb.
S.Bayraktar azərbaycanlı Əli Tahirlinin “Satelyzer” şirkətinin layihəsi ilə tanış olub. Şirkət əməkdaşı Əli Tahirli layihə barədə məlumat verərkən, onun kosmosdan görüntülərin çəkilməsinə yardım etdiyini bildirib:
“Bu görüntülər sputnik fotoları formatında olur və əvvəlcədən kənd təsərrüfatı sahəsində qabaqlayıcı proqnozlar verilməsinə kömək edir”.
S.Bayraktar 200-ə yaxın müştərisi olan şirkətə layihəsində uğurlar diləyib.
Daha sonra üç helikopter Azərbaycan, Türkiyə və “TEKNOFEST” bayraqlarını səmada nümayiş etdirərək uçuşlar həyata keçirib.
Oxu.Az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man