Abel Məhərrəmovun keçmiş gəlini səfir oğlundan 46 min tələb edir

Gündəm 23 May 2022 | 21:14
OXUNUB: 1529

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmovun keçmiş həyat yoldaşı Mehriban Eyyubova keçmiş ərindən 50 min manata yaxın pul tələb edir.

Avtosfer.az "Qafqazinfo"ya istinadən bildirir ki, M.Eyyubova məsələ ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətdə qeyd olunub ki, ailə birgə nikah dövründə dəyəri 92 800 manat olan mənzil alıb. Eyyubova həmin mənzilin dəyərinin tam yarısının (46 500 AZN) Anar Məhərrəmovdan tutulub ona ödənilməsini istəyir.

İddiaya Bakı Apellyasiya Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə baxılır.

Qeyd edək ki, Anar Məhərrəmov və Mehriban Məhərrəmova rəsmi olaraq ötən il boşanıb. Yasamal Rayon Məhkəməsi birgə nikah dövründə alınmış bir sıra əmlak və əldə edilmiş gəlirin yarısının, eləcə də üç azyaşlı uşağın ananın himayəsinə verilməsi barədə qətnamə çıxarıb. Lakin sözügedən 92 800 manatlıq mənzillə bağlı iddia rədd edilib.

Xatırladaq ki, Anar Məhərrəmov hazırda Azərbaycanın Estoniyadakı səfiridir. O, Bakı Dövlət Universitetinin sabiq rektoru (1999-2018) Abel Məhərrəmovun oğludur. Mehriban Eyyubova isə Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı qızıdır. Onun da ixtisasca diplomat olduğu bildirilir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man