ÜST “meymun çiçəyi” ilə bağlı daha bir məlumat yaydı

Gündəm 22 May 2022 | 21:29
OXUNUB: 1863

Qarşıdan gələn yay mövsümündə "meymun çiçəyi" xəstəliyinin yayılma təhlükəsi var.

Avtosfer.az report-a istinadən xəbər verir ki, belə bir xəbərdarlıqlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çıxış edib.

ÜST-ün məlumatına görə, bununla bağlı xüsusi peyvənd yoxdur, lakin adi çiçək peyvəndi də "meymun çiçəyi" xəstəliyinə qarşı 85 % effektivdir.

Eyni zamanda, ÜST-nin Avropa ofisi yay aylarında keçirilən festivalların və digər kütləvi tədbirlərin "meymun çiçəyi" virusunun yayılmasını artıracağından ehtiyat edir.

Avropada ilk təsdiqlənmiş yoluxma halı mayın 7-də qeydə alınıb və iki həftə sonra artıq yoluxma halı 100-ə yaxınlaşıb. Ola bilsin ki, virusun sürətlə yayılmasına həm də Avropa İttifaqı (Aİ) ölkələrində koronavirus məhdudiyyətlərinin tamamilə aradan qaldırılması kömək edib.

Qeyd edək ki, dünyada "meymun çiçəyi" xəstəliyinin aşkarlandığı ölkələrin sayı 13-ə, virusa yoluxma ilə bağlı təsdiq olunmuş hallarln sayı 92-yə çatıb.

Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Avstraliya, Kanada, Almaniya, Niderland, Yunanıstan, İsveçrə və İspaniya da daxil olmaqla, bəzi ölkələrdə yoluxma halları müəyyən edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man