Nazirlik: 2 275 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Gündəm 22 May 2022 | 15:15
OXUNUB: 1491

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən başladılan “Məşğulluq marafonu” çərçivəsində şəhid ailəsi üzvlərinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı işləri davam edir.

Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, marafona qoşulan işəgötürənlərin sayı artıq 642-yə çatıb. Həmin işəgötürənlərdən 342-si dövlət, 300-ü özəl sektora aiddir. İşəgötürənlər tərəfindən marafona 4363 vakansiya təqdim edilib.  Həmin vakansiyalar üzrə artıq 2 275 nəfər işlə təmin edilib. Onlardan 1 888 nəfəri qazi, 387 nəfəri isə şəhid ailəsi üzvüdür. Marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını //dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər. Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün //dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man