Azyaşlılara pornoqrafik video izlədən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Gündəm 21 May 2022 | 20:24
OXUNUB: 1512

Imişlidə azyaşlılara pornoqrafik video izlədən şəxs məhkəmə qarşısına çıxarılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, şübhəli şəxs M. Abbasov barəsində cinayət işi açılaraq baxılması üçün məhkəməyə göndərilib.

İmişli Rayon Məhkəməsinin qərarı ilə M. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, hadisə rayonun Rəsullu kəndində qeydə alınıb. Kənddə market işlədən M. Abbasovun azyaşlılara pornoqrafik videolar izlətməsi barədə polisə məlumat daxil olub.

M. Abbasovun video izlətdiyi azyaşlılardan birinin yaxınları isə bir neçə gün əvvəl onun marketinə hücum edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man