Bakıda yeniyetmələri intihara hazırlayan qurğular peyda olub - VİDEO

Gündəm 18 May 2022 | 15:58
OXUNUB: 2120

Bakıda yeni virtual zonalar yaradılıb. Avtosfer.az xəbər verir ki, sözügedən əyləncə məkanları paytaxtın müxtəlif ictimai məkanlarında – “28 Mall”, “Gənclik Mall” ticarət mərkəzləri və s. yerlərdə fəaliyyət göstərir. Hansı ki, orada müxtəlif oyunlarla yanaşı, hündürmərtəbəli binalardan yıxılaraq “ölüm” anlarını da yaşamaq olur. Üzlərinə xüsusi qurğu taxılan şəxslərə yüksəkmərtəbəli binadan aşağı yıxılma, yerə çatana qədər olan proses və sonuncu mərhələ – yerə düşmə və bütün ətrafın ağ rəngə boyanması anlarının hər biri virtual olaraq yaşadılır. Sözügedən məkandan çəkilən görüntülər TikTok platformasında sürətlə yayılır, xüsusilə də gənclər tərəfindən buna böyük maraq göstərilir.  Müşahidələrimizdən də aydın olur ki, “ölmək” istəyənlərin demək olar ki, hər biri gənclərdir. Qiyməti 5 manatdan başlayan bu zonalar nə qədər əyləncə və adrenalin yaşatsa da insan şüuruna təsir edən müxtəlif məqamlarla diqqəti çəkir. Ora gedən insanların bəziləri bir daha bu prosesi etməyəcəklərini, bəziləri isə çox pis qorxduqları üçün qorxularını aradan qaldırmaqçun bunu etdiklərini bildirirlər.

Məsələ ilə bağlı aidiyyatı qurumlardan açıqlama yoxdur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man