Üç ölkə Rusiya avtomobil sənayesininin alternativ təchizatçısı ola bilər

Gündəm 16 May 2022 | 22:45
OXUNUB: 2112

Çin, Türkiyə və İran şirkətləri Rusiya avtomobil sənayesi üçün alternativ təchizatçı ola bilərlər.

Avtosfer.az xəbər verir ki, bunu Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmir yolu maşınqayırması departamentinin direktoru Denis Pak bildirib. "Bizim avtomobilimiz bir neçə min komponentdən ibarətdir və tədarükçülər müxtəlif ölkələrdə yerləşir. Təbii ki, hər hansı logistik problem yaranarsa və ya təchizatçı lazımı komponentləri təmin edə bilmədiyi və ya ondan imtina etdiyi halda bu komponentlərin təmin edilməsi üçün digər ölkələrə müraciət ediləcək. Məsələn, biz Çin, Türkiyə, İran və ölkəmizə qarşı sanksiyalar tətbiq etməyən digər ölkələrdə yerləşən Asiya tədarükçülərini nəzərdən keçiririk”, - deyə o bildirib. Qeyd edək ki, Rusiya avtomobil sənayesi Qərbin sanksiyaları, təchizat zəncirlərinin pozulması və milli valyutanın dəyişkənliyi fonunda böyük istehsal problemləri ilə üzləşib. Bəzi xarici komponent tədarükçüləri ehtiyat hissələrini Rusiya Federasiyasındakı zavodlara vaxtında göndərmək imkanını itirib, digərləri isə Rusiyada fəaliyyətini davam etdirməkdən əsaslı şəkildə imtina ediblər. Rusiya Federasiyasının Sənaye və Ticarət Naziri Denis Manturov isə aprelin əvvəlində nazirliyin həm bazarı, həm də avtomobil istehsalını bərpa etməyə kömək edəcək idarəedici qərarlar qəbul edəcəyinə inandırıb.(Apa)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man