ADY: "Azərbaycan 5 milyon tondan çox tranzit yük daşımaları sifarişi alıb"

Gündəm 14 May 2022 | 21:32
OXUNUB: 1844

Mayın 9-10-da Türkiyənin paytaxtı Ankarada keçirilmiş Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) iclası çərçivəsində 5 milyon 350 min ton yükün Azərbaycan üzərindən tranzit daşınması sifarişi verilib.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov bildirib.

"Artıq qeyd edilən yük həcmindən 831 min ton yükün daşınmasına nail olunub. Ümumiyyətlə, görüşdə Azərbaycan üzərindən tranzit keçəcək yüklərin yenilənməsi məsələsi də öz həllini tapıb”, - deyə o, qeyd edib.

E.Əhmədov həmçinin deyib ki, Rusiya-Ukrayna müharibəsi fonunda ölkənin dəmir yollarında daşımalar kifayət qədər artıb: “Artım əsasən tranzit rejimdə daşınan yüklərdə müşahidə edilir. ADY 2021-ci ilin 4 ayında 5 milyon 340 min ton yük daşıyıbsa , 2022-ci ilin 4 ayında 5 milyon 976 min ton yük daşıyıb. Bu da əlavə 636 min ton yükün daşınması deməkdir. Təkcə tranzit rejimdə 535 min ton artıq yükün daşınmasına nail ola bilmişik”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) iclası çərçivəsində dəhlizin inkişaf strategiyası, yükdaşımaların həcmi, marketinq planı və 2022-ci il üçün tarif siyasəti müzakirə olunub. Bu il dəhlizdə daşımaların həcminin 6 dəfə artacağı gözlənilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man