Baş nazirdən mühüm QƏRAR: çörəyin qiymətinə necə təsir edəcək? - VİDEO

Gündəm 13 May 2022 | 21:48
OXUNUB: 1981

Ölkəmizə idxal olunan  çörək mayaları, hazır çörəkçilik tozları gömrük rüsumundan azad edilib. Bununla bağlı Baş nazir qərar imzalayıb. Bəs çörəyin hazırlanmasında istifadə olunan bu əlavələrin gömrük rüsumundan azad edilməsi çörəyin qiymətinə necə təsir edəcəkmi? 

Avtosfer.az xəbər verir ki, bu gündən etibarən çörək mayaları dövlət rüsumundan azad edilib.  Bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarda öz əksini tapıb. İlin sonuna kimi qüvvədə olacaq, yəni müvəqqəti xarakter daşıyan bu dəyişiklik dünya bazarlarında taxıl məhsullarının bahalaşması ilə əlaqələndirilir. Rusiya və Ukrayna arasında davam edən müharibə səbəbindən dünya ixracatçıları öz taxıl ehtiyatlarına kvota qoyublar. İqtisadçı ekspert Fuad İbrahimov məhz un məhsullarının yerli istehsalında əlavə bahalaşmaların qarşısnı almaq üçün bu cür addımların atıldığını deyir. Qida eksperti Fuad Ağayev də düşünür ki, xəmir mayalarının gömrük rüsumundan azad edilməsi un məmulatlarının qiymətinə cüzi də olsa təsir edəcək. Bundan başqa, Azərbaycana idxal edilən bir sıra tərəvəz bitkilərinin toxumları, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar da gömrük rusumundan azad edilib. Qərar 2022-ci il dekabrın 31-dək qüvvədə olacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man