İran, Azərbaycan və Rusiya arasında üçtərəfli tranzit haqqında saziş imzalanacaq

Gündəm 13 May 2022 | 14:21
OXUNUB: 709

Azərbaycan və İran arasında gömrük sahəsində üç əməkdaşlıq protokolu imzalanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə İranın gömrük naziri Alirza Müqəddəsi deyib.

Sənədləri Culfada Alirza Müqəddəsi və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev imzalayıblar.

A.Müqəddəsinin sözlərinə görə, iki ölkənin gömrük rəsmiləri arasında imzalanmış protokolların 13 maddəsi əməkdaşlığı, iqtisadi əməliyyatları, gömrük prosedurlarını və ikitərəfli qarşılıqlı əlaqələri daha da inkişaf etdirəcək, sürətləndirəcək və əlaqələndirəcək:

“Həmin protokollarda İran, Azərbaycan və Rusiya arasında üçtərəfli tranzit haqqında razılıq əldə olunub”.

İranın gömrük naziri bildirib ki, Azərbaycan rəsmiləri həmin protokolların maddələri ilə razılaşıblar və hazırda üçtərəfli sazişin Tehranda imzalanmasına ehtiyac var.

“Report”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man