Şimali Koreyanın dövlət mediasında ilk dəfə olaraq KXDR lideri Kim Çen Inın tibbi maskalı görüntüləri yayımlanıb.
Bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Agentlik Şimali Koreyada Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun mayın 12-də keçirilən iclası ilə bağlı süjetindən kadr yayıb. Görüntülərdə Kim Çen In sadə mavi-ağ tibbi maska taxdığı görünüb.
Xatırladaq ki, Şimali Koreya ölkədə ilk dəfə COVID-19-un “Omikron” variantına yoluxma hallarının olduğunu açıqlayıb. Hökumət “maksimum fövqəladə vəziyyət” üçün virusa nəzarət sisteminin tətbiqini elan edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man