Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - VİDEO

Gündəm 11 May 2022 | 21:51
OXUNUB: 1186

Azərbaycan - Gürcüstan sərhədində yük avtomobillərinin sıxlığı müşahidə olunur. Təkcə Azərbaycan tərəfində 600 TIR  keçid üçün növbə gözləyir. "Sınıq Körpü" sərhəd-keçid məntəqəsində yaranan sıxlığın səbəbləri nələrdir ? 

Gürcüstan-Azərbaycan gömrük keçid məntəqəsində yük avtomobillərinin tıxacı yaranıb. Təkcə Azərbaycan tərəfində 600 Beynəlxalq yükdaşıma xidməti həyata keçirən TIR-lar növbə gözləyir. TIR parklarında günlərlə qalan sürücülər artıq bir aydır ki, bu cür sıxlığın müşahidə olunduğunu bildirirlər.   Gürcüstandan Azərbaycana yükdaşımalarının sayının artması Ukrayna-Rusiya arasında gedən müharibə səbəbindən olduğu bildirilir. Maşınların sayının kəskin artması nəticəsində ərazidəki TIR parkları tamamilə dolub. Gün ərzində Sınıq Körpü sərhəd-keçid məntəqəsində  Azərbaycandan 300 TIR-ın  keçidi təmin edilir. Məntəqədən verilən açıqlamada bildirilib ki, Gürcüstan tərəfi əgər  TIR və digər yük avtomobillərinin yoxlanması və qeydiyyatını intensivləşdirsə Azərbaycan tərəfi nəqliyyat vasitələrinin maneəsiz və daha tez keçidini təmin edə bilir. Hazırda "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququ olan yük avtomobillərinin keçidi isə 24 saat ərzində fasiləsiz təmin olunur. Hazırda məntəqədə daha 80 yük avtomobili "Yaşıl dəhliz" vasitəsi ilə   keçid üçün növbə gözləyir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man