Bu ay hava çoxillik iqlim normasına yaxın olub

Gündəm 11 May 2022 | 18:59
OXUNUB: 1007

Respublikanın əksər bölgələrində may ayının birinci ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasına yaxın, bəzi yerlərdə 1ºC yüksək və yağıntılı hava şəraiti ilə səciyyələnib.

Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, havanın dekadalıq orta temperaturu Maştağada 14,5ºC, Mərkəzi Aran, Mil-Muğan və Qarabağ bölgələrində 16-17⁰C, Lənkəran-Astara bölgəsində 12-17ºC, Qubada 12ºC, Şəki-Zaqatalada 15-16⁰C, Dağlıq Şirvan bölgəsində 12-13ºC, Gəncə-Daşkəsəndə və Naxçıvanda 16ºC, Qazax-Tovuzda 9-15⁰C təşkil edib. Havanın minimum temperaturu Qazax və Gədəbəydə 3ºC, Qubada 6ºC, Dağlıq Şirvanda 7-8ºC, Ceyrançöl və Naxçıvanda 8ºC, Tovuz, Şəki, Zaqatalada 9ºC, Maştağa, Gəncə, Lənkəran və Göyçayda 10ºC, Cəfərxan, Zərdab və Bərdədə 11ºC, Astarada 13ºC qeydə alınıb. Nisbi rütubət Dağlıq Şirvanda 72-84%, Gəncə-Daşkəsəndə 69%, Qazax-Tovuz bölgəsində 54-86%, Naxçıvanda 68%, Maştağada 76%, Lənkəran-Astara bölgəsində 75-87%, Mil-Muğanda 63-75%, Şəki-Zaqatalada 77-83%, Qubada 74%, Mərkəzi Aran və Qarabağda 70% təşkil edib. Rütubət çatışmazlığı Lənkəran-Astara bölgəsində 2-6 hPa, Şəki-Zaqatalada 3-4hPa, Dağlıq Şirvanda 3-5 hPa, Gəncə, Mərkəzi Aran, Naxçıvan və Qarabağ bölgəsində 6-7 hPa, Mil-Muğanda 6-8 hPa, 6-7 hPa, Maştağa və Qubada 4 hPa, Qazax-Tovuzda 2-8 hPa olub. Rütubət çatışmazlığı Lənkəran-Astara bölgəsində 2-6 hPa, Şəki-Zaqatalada 3-4hPa, Dağlıq Şirvanda 3-5 hPa, Gəncə, Mərkəzi Aran, Naxçıvan və Qarabağ bölgəsində 6-7 hPa, Mil-Muğanda 6-8 hPa, 6-7 hPa, Maştağa və Qubada 4 hPa, Qazax-Tovuzda 2-8 hPa olub. Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 4 gün, küləyin maksimum sürəti Maştağada 33 m/san, 9 gün Goranboyda 26 m/san, 2 gün Gəncədə 20 m/san, Tərtərdə 18 m/san, Sabirabadda 17 m/san, 1 gün Tovuzda 24 m/san,Biləsuvarda 18 m/san, Bərdədə 16 m/san müşahidə olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man