İsti günlər başladıqca sürücülərin də kondisionerlərə tələbatları artır.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər bildirir ki, hələlik qızmar yay günləri başlamasa da , qışdan çıxan kondisionerlərə texniki qulluq göstərməyin vaxtıdır. Havaların getdikcə isinməyə başlaması kondisioner ustalarına üz tutan sürücülərin sayını artırıb. Bir çox sürücü indidən kondisionerə dövrü qulluq etdirib yaya hazırlıq görür. Uzun illər kondisioner ustası kimi fəaliyyət göstərən Cavidan Muradxanlı deyir ki, avtomobilin salonunun soyutma sisteminə hər il qulluq göstərilməlidir. İlk növbədə kondisionerin qazını və kompressorunun yağını yoxlatmaq lazımdır. Əks halda sürücülər daha böyük maddi ziyana düşə bilərlər. Bundan başqa, sistemə mütləq təmiz və keyfiyyətli qaz vurulmalıdır. Əks halda sistemdə hava olur və kondisioner normal soyutmur. Həmçinin salon filterlərinin də ildə iki dəfə dəyişdirilməsi məsləhətdir Qeyd edək ki, kondisionerə vurulan frion qazının 1 qramının qiyməti 6-8 manat arasında dəyişir. Ümumilikdə həcmindən asılı olaraq 1 avtomobilə frion qazının və kompressor yağının vurulması birlikdə 50-60 manata başa gəlir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man