“Sputnik Ermənistan”dan Azərbaycana qarşı növbəti TƏXRİBAT

Gündəm 07 May 2022 | 10:56
OXUNUB: 557

Erməni əsilli Rusiya vətəndaşı Marqarita Simonyanın başçılıq etdiyi “Sputnik” adlı media anti-Azərbaycan təbliğatı aparmaqda davam edir. Onun Azərbaycandakı təmsilçiləri belə milli maraqlarımıza zidd yayım siyasəti həyata keçirməkdə davam edirlər. Əslində, o Rusiya mediası kimi təqdim edilsə də, onun bir erməni təbliğat maşını olduğu açıq-aşkardır. Demək olar ki, bu “media” orqanı hər fürsətdə yalan məlumatlar yayır. Demək olar ki, onun bütün həlqələri dünyanın hər tərəfində bizə qarşı təbliğat aparmaqla məşğuldur.

Qeyd edək ki, bu dəfə də “Sputnik Ermənistan” daha bir yalan məlumat yayıb. Belə ki, bugünkü sayında Ağdərə ərazisində yük avtomobili və taksinin iştirakı ilə yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı xəbər yayılıb. Məlumatda qeyd olunub ki, taksini erməni vətəndaşı idarə edirmiş. Yayılmış məlumata görə, yol qəzasının baş verməsinə səbəb  yolun dar olmasıdır. Hadisə zamanı xəsarət alanın olmadığı qeyd olunsa da, lakin taksi dərəyə yuvarlanıb. Erməni mediası yük avtomobilinin sükanı arxasında azərbaycanlının olduğuna dair iddia irəli sürsə də, bununla bağlı hər hansı tutarlı fakt ortaya qoyulmayıb.

Təbii ki, bu xəbər də bir daha onu təsdiq edir ki, “Sputnik”də yayılan  bütün xəbərlər anti-Azərbaycan, anti-türkdür və yalnız erməni təbliğatına xidmət edir.

 

demokrat.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man