"Qürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var" -Ruhi Əliyeva QAZİLƏRLƏ BİR ARADA

Gündəm 06 May 2022 | 22:00
OXUNUB: 1187

Daim şəhid və qazi ailələrini diqqətdə saxlayan iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva bu dəfə Ramazan Bayramını qazilərlə birgə keçirib.

Avtosfer.az-ın məlumatına görə, bayram tədbirində 80-ə yaxın qazi ilə yanaşı Vətən Müharibəsi qəhrəmanı, XTQ-nin baş leytenantı şəhid Adil İbrahimlinin atası Asəm İbrahimli də iştirak edib. Xalq artistləri Könül Xasıyeva, Fidan Hacıyeva, Əməkdar artist Anar Şuşalı, müğənni Elnur Məmmədov, Ayaz Qasımov və qiraətçi Xəzər Süleymanlı bayramı qazilərlə keçirmək üçün tədbirə gəlib. Azərbaycanın himni ilə açılan tədbirdə öncə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Daha sonra iş xanımı Ruhi Əliyeva söz alıb: “Mənim əziz qardaşlarım, Vətən fədailərim. Canı-qanı ilə bu torpağı qoruyan cəsur, igid həmvətənlərim. Özündə rəhmət, bərəkət, sevgi, barış, paylaşmaq kimi neçə-neçə hikmətləri birləşdirən bu müqəddəs ayın bu özəl günündə sizlərlə görüşmək mənim üçün ikiqat bayramdır. Çünki mənə görə Vətənə sevgi, torpağa, yurda bağlılıq çox böyük iman, qutsal görəvdir. Sizlər həm Allah, həm Vətən qarşısında öz borcunu hər kəsdən daha yüksək, daha candan ödəmiş insanlarsız. Bu gün sizin sayənizdə biz bayramlar qeyd edirik. Məhz sizin sayənizdə firavan, rahat həyatımızı yaşaya bilirik. Bu bəxtəvərliyi, bu məsud yaşamı siz və bu torpaq üçün canından keçib şəhadətə yüksələn oğullarımız və Ali baş komandanımız İlham Əliyev bəxş eləyib. Bu xalq, bu millət, bütöv Azərbaycan bu gün sizin bu fövqəl ənəllərinizin qarşısında baş əyir, sizə dərin məmnunluğunu, etiramını bildirir. Mən bir azərbaycanlı ana, xanım kimi hər zaman sizlərlə fəxr edirəm. Qürur duyuram ki, oğullarımın sizin kim əmiləri, dayıları var". Bizə bu böyük Zəfəri yaşadan, qələbə sevincini daddıran hər bir qardaşımıza, əsgərimizə, zabitimizə, hərbçimizə, Vətən oğullarımıza dərin minnətdarıq. Sizlərə eşq olsun! Bayramlar da, sevinmək də hər kəsdən çox sizin haqqınızdır". Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova təşkilatçılığa görə iş xanımı Ruhi Əliyevaya öz təşəkkürünü bildirib: “Ruhi Əliyeva hər zaman şəhid və qazi ailələrinin yanında olub. Xüsusi təşəkkürümü bildirirəm. Şəhid və qazi ailələrinə dəstək olan insanın adı hər zaman ürəyimin başındadır.  Hər bir kəs bu əməllərdən nümunə götürməlidir. O, doğrudan da əsl azərbaycanlı xanımıdır. Çox sağ olun ki, məni igid qardaşlarımla birgə Ramazan süfrəsinə dəvət etmisiniz”. Qazilər də tədbirdə fikirlərini bölüşüb. Onlar R.Əliyevaya təşəkkür edərək səngər dostlarını gördükləri üçün şad olduqlarını bildiriblər: “Hər nə olursa olsun, ilk və son sözümüz Vətən sağ olsun!” Sonra söz verilən şəhid atası Asəm İbrahimli göz yaşları ilə çıxış edərək hər kəsi kövrəldib: “Mən bir yox, üç min balamı itirdim. Bu gün Adil həyatda olmasa da, sizin kimi qardaşları olduğu üçün şadam. Ruhi xanıma da çox təşəkkür edirəm ki, məni bu igid oğullarımla görüşdürdü”.  Şəhid atasının sözlərindən təsirlənən xanəndə Xalq artisti Könül Xasıyeva qazilərin xahişi ilə şəhidlərimizdən birinin sağlığında dilədiyi arzunu reallaşdırıb. O, “Xatırlayarsan məni” mahnısını canlı ifa edib. Ardınca qazi Ziya Səlimov şəhidlərin xatirəsini anıb, “Xudayar təsnifi”ni ifa edib. Tədbirin sonunda qazilər və tədbir iştirakçıları Xalq artisti Fidan Hacıyeva ilə birgə “Azərbaycan” mahnısını oxudular.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man