Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib

Gündəm 06 May 2022 | 11:49
OXUNUB: 453

May ayının 6-sı axşam saatlarından 8-i səhərədək Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin 18-23 ms,arabir 25-30 açıq dənizdə arabir 33 ms, qədər güclənəcəyi gözlənilir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Avtosfer.az-a verilən məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar ASCO Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.

Bildirilib ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun. Xəbərdarlıqda həmçinin qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

“Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına tapşırılıb ki, gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər”, - məlumatda qeyd olunur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man