Bakı avtobuslarında qızlara qarşı seksual hərəkətlər edən manyak tutuldu

Gündəm 04 May 2022 | 15:55
OXUNUB: 443

Bakıda marşrut avtobuslarında gənc qızlara qarşı seksual xarakterli hərəkətlər edən şəxs tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə müraciət edən İ.S. 31 saylı xəttə məxsus avtobusda naməlum şəxsin onun 2005-ci il təvəllüdlü qızına qarşı seksual xarakterli hərəkətlər etdiyini və qızını ölümlə hədələdiyini bildirib.

Müraciətlə bağlı dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Məlum olub ki, həmin adam paytaxtın mərkəzində bir neçə dəfə marşrut avtobuslarında oxşar əməllər törədib. O, hər dəfə qızları öldürəcəyi ilə hədələməklə onları bəzi hərəkətlər etməyə məcbur edib. Belə ki, əlində daim gödəkçə gəzdirən manyak kəsici-deşici aləti onun altında gizlədib və bu yolla insanları hədələyib. Qızlardan biri hətta onun fotosunu mobil telefon vasitəsilə çəkərək saxlayıb və daha sonra polisə təqdim edib. 

Axtarış tədbirləri nəticəsində həmin şəxsin kimliyi müəyyənləşdirilib və o saxlanılıb. Məlum olub ki, bu şəxs taksi sürücüsüdür və avtomobilini yol kənarında saxladıqdan sonra hər dəfə avtobusa daxil olaraq bu əməlləri törədib.

Araşdırmalar davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man