Ötən gün Bakıda özünü binadan ataraq öldürən 17 yaşlı qızın intihar səbəbi məlum olub.
DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, Bakı şəhər sakini, 17 yaşlı Xumar Babayeva imtahanda zəif nəticə göstərdiyi üçün özünü öldürüb:
"Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atıb. O, eyvanın altında dayanmış, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşüb. Nəticədə X.Babayeva hadisə yerində ölüb, Z.Niyazov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man