Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Mehdiyev saxlanılıb. İlkin araşdırmalar zamanı N.Mehdiyevin 10 min manat miqdarında qızıl-zinət əşyalarını oğurladığı və dəyərindən ucuz qiymətə satdığı müəyyən edilib.
Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man