"2 gündür ölkə gündəmini zəbt edən, "şəhid xanımı" yazılan maşın mənim qızımın maşınıdır. O, Naxçıvan xüsusi təyinatının kəşfiyyat komandiri şəhid kapitan Rəşad Əliyevin həyat yoldaşıdır. Bu şəkildə qeyri-adi nə var?"
Avtosfer.az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında şəhid Rəşad Əliyevin qayınatası Savalan Cəfərov deyib.
O, sosial şəbəkədə yazılan və tənqid olunan "şəhid xanımı" başlıqlı fotoya sərt reaksiya verib:
"Qızımın 2 körpə uşağı atasız qalıb. Yoldaşı ikinci Qarabağ müharibəsində şəhid olub. Ona maşın almaq yoldaşının vəsiyyəti idi. Həm də 2 körpəni baxçaya, məktəbə aparmaq üçün maşın lazım idi.
O deyib ki, qızı narahat olduğu üçün maşının üzərinə həmin sözlər yazılıb:
"Bir gün qızım mənə dedi ki, "Ata, özümü narahat hiss edirəm". Başa düşdüm ki, cəmiyyətimizdə şərəfsiz insanlar var və ona görə də şəhidin şəklini maşına vurmaq istədik. Sonra isə qohum-əqrəba dedi ki, maşın çirklənəndə bu şəhidə hörmətsizlik olacaq. Nə vaxtsa da bozaracaq. Ən yaxşısı "şəhid xanımı" yazmaqdır. Elə o vaxtdan da yazdırmışıq".
Savalan Cəfərov fotonu çəkib paylaşanları da qınayıb:
"2 gün öncə biz rayona gələndə Bulvar tərəfdə kimsə bu fotonu çəkib pis formada paylaşmışdı. "Eynək aləmi" adda "Tiktok"da səhifədə paylaşılmışdı. Sonra da üzr istəyirəm ifadəmə görə başqa "şərəfsiz" səhifələr götürüb maşını paylaşıb. Bunu edən insanın vicdanı yoxdur, qızım nə pis iş görüb ki, onu bu formada paylaşırlar. Qızım 2 gündür ki, depressiyadadır. Onu bu hala salanları Allaha tapşırıram".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man