Pirallahı rayonunda ekoloji maarifləndirmə tədbiri keçirilib

Gündəm 30 Aprel 2022 | 21:39
OXUNUB: 1204

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) “Ətraf mühitin qorunması və əhalinin ekoloji maarifləndirilməsi” layihəsi çərçivəsində Pirallahı rayonunda növbəti tədbir keçirib.

İctimai Birlikdən  bildirilib ki, layihə haqqında məlumat verən təşkilatın sədri Çingiz Bayramov məqsədin vətəndaşlar arasında ekoloji maarifləndirmə işini genişləndirmək, insanları ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla onları birgə fəaliyyətə həvəsləndirmək, vətəndaşları ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq, praktiki yolların tapılması istiqamətində ekoloji tədbirlərə cəlb etməkdir.

Qurumun sədri bildirib ki, Prezident İlham Əliyevin qayğısı nəticəsində ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində mühüm işlər görülür, ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar yerinə yetirilir. Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən həmin layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən önəmin göstəricisidir.

DİNİB-in İdarə Heyətinin üzvü Günay Hacıyeva bildirib ki, bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsvir etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir. G.Hacıyeva qeyd edib ki, hava təmizliyinin insanlıq üçün nə qədər vacib olduğu, insanlıq oksigensiz yaşaya bilməyəcəyindən və təbiətdə yaşıllığın artırılması yollarından danışıb. Günay Hacıyeva çıxışını ulu öndər Heydər Əliyevin “Bir ağacı kəsən mənim bir qolumu kəsir” fikri ilə tamamlayıb.

DİNİB üzvü tanınmış jurnalist Fuad Abbasov isə çıxış edərək bildirdi ki, ətraf mühitin mühafizəsi hər bir insanın daim diqqətində olmalıdır. Çünki insanlar təbiətə necə münasibət göstərirlərsə, təbiət də adekvat olaraq cavabını verir. Qlobal iqlim dəyişiklikləri fonunda təbii fəlakətlər baş verir, onların nəticəsində insanlar həyatlarını itirirlər. Ona görə də hər bir insan ətraf mühitin qorunmasında üzərinə düşən vəzifələri həyata keçirməklə yanaşı, cəmiyyətdə baş verən ekoloji çirklənməyə qarşı daim mübarizə aparmalıdır.

Tədbirin sonunda layihənin eksperti Lalə Qasımova çıxış edərək bildirib ki, ilk növbədə, əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif mövzularda kütləvi tədbirlərin həyata keçirilməsini davam etdirmək lazımdır. Burada məqsəd, əsasən, insanlarda ekoloji fəlakətlərin mahiyyəti barədə müəyyən təsəvvürlər yaratmaqdır. Bu gün əhalinin ekoloji təhsili və maarifləndirilməsi dövlətin ekoloji siyasətində önəmli yer tutur. İnanırıq ki, əhali arasında genişmiqyaslı maarifləndirici tədbirlərin həyata keçirilməsi insanların ətraf mühitə daha qayğı ilə yanaşmasına imkan yaradacaq.

Tədbirdə digər çıxış edənlər isə bu cür layihələrin davamlı keçirilməsinin əhəmiyyətindən bəhs ediblər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man