Laçında minaya düşən şəxs vəfat edib.
Avtosfer.az xəbər verir ki, ötən gün Laçında minaya düşən Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1992-ci il təvəllüdlü Pərvin Salahov gecə saatlarında dünyasını dəyişib.
İlkin məlumata görə, P.Salahov ailəli idi, bir övladı qalıb.
Dağ Kəsəmən kənd icra nümayəndəsi İbrahim Qiyasbəyov faktı Oxu.Az-a təsdiq edib. O bildirib ki, P.Salahov bu gün Dağ Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, ötən gün Laçın Rayon Prokurorluğunun yaydığı məlumatda P.Salahovun həmin ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışdığı və Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə məlumat verilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man