Ölkədə yağ təminatında çətinlik yaranmayacaq - AÇIQLAMA

Gündəm 29 Aprel 2022 | 18:48
OXUNUB: 1230

“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın hadisəsi nəticəsində “Sun Food” MMC-yə məxsus anbarlara ciddi maddi ziyan dəysə də, əməkdaşlar arasında xəsarət alan yoxdur.

“Sun Food” MMC-dən Avtosfer.az-a verilən məlumata görə, istehsal müəssisələri yanğın baş verən ərazidən aralıda yerləşdikləri üçün onlara hər hansı ziyan dəyməyib, həmişəki gücü ilə çalışırlar: "“Sun Food” MMC şirkətinin Xırdalan və digər ərazilərdə yerləşən anbarlarında kifayət qədər ehtiyatları mövcuddur. Ölkədə yağ və digər qida məhsullarının təminatı ilə bağlı hər hansı çətinlik yaranmayacaq. Baş vermiş hadisə ilə bağlı dəstəyini bildirmiş hər kəsə təşəkkürümüzü bildiririk. Hazırda aidiyyatı dövlət qurumları tərəfindən araşdırma aparılır, ictimaiyyət nəticələr barədə məlumatlandırılacaq".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man