Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən, paytaxtdakı küçə-prospektlərin inventarlaşdırılması, onlara adların verilməsi və dəyişdirilməsi ilə bağlı Komissiya yaradılıb.
BŞİH-in mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları icra hakimiyyətlərinin məsul nümayəndələri ilə yanaşı, tarixçi və dilçi alimlər də daxil edilib.
Komissiya Bakı şəhərində küçə-prospektlərin vahid məlumat bazasının yaradılması, eyni adlı, adsız küçələrin müəyyən edilməsi, onların müvafiq standartların, digər normativ hüquqi aktların tələblərinə uyğun qaydada adlandırılması, adlarının dəyişdirilməsi və bununla bağlı təkliflərin hazırlanmasını təmin etməlidir.
Artıq Komissiyanın iclası keçirilib və iclasda Komissiyanın fəaliyyətinin rayon icra hakimiyyətləri ilə əlaqələndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, rayonlarda küçə-prospektlərin inventarlaşdırılması işlərinə başlanılıb. Eyni adlı, adsız küçələrin, həmçinin ərazidə yenidənqurma işləri nəticəsində yaranan yeni küçələrin müəyyənləşdirilməsi və bununla bağlı təkliflərin hazırlanmasının təmin edilməsi üçün tapşırıqlar verilib.
Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Mübariz Əlimədətov bildirib ki, eyni adlı küçə problemini həll etmək üçün vahid məlumat bazası yaradılacaq.
Mübariz Əlimədətov qeyd edib ki, küçələrə veriləcək yeni adlar dilçi-tarixçi alimlər tərəfindən araşdırılacaq. Əsaslandırılmadan sonrada proses icra ediləcək.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man