Dünya Bankından QORXULU XƏBƏRDARLIQ: Böhran 3 il davam edəcək!

Gündəm 27 Aprel 2022 | 23:00
OXUNUB: 988

Dünya Bankından qorxulu açıqlama gəlib.

Qurum Ukraynadakı müharibənin yaxın üç ildə ərzaq və enerji qiymətlərinin bahalaşmasına səbəb olacağı barədə xəbərdarlıq edib. Vaşinqtonda yerləşən Dünya Bankı, 2024-cü ilin sonuna qədər müşahidə olunacaq yüksək xərclərin, qlobal böhrana gətirib çıxaracağını və bunun üç il davam edəcəyini əlavə edib. Bankın son araşdırmasına görə, son iki ildə dünyada 1973-cü ilin neft böhranını, 2008-ci ilin isə ərzaq və gübrə qiymətlərini xatırladan artım müşahidə olunub. Enerji və ərzaq xərclərinin indiki səviyyələrindən qalxacağı ehtimal edilsə də, 2024-cü ilin sonuna qədər onların son beş ilin orta göstəricisindən yuxarı olacağı proqnozlaşdırılır. Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində yaranan ticarət və istehsalatdakı fasilələr nəticəsində Bank bu il enerji qiymətlərinin 50% artacağını qeyd edib. Qurum, Brent markalı neftin qiymətinin 2022-ci ildə orta hesabla 100 dollar/barel olacağını, 2013-cü ildən bəri ən yüksək səviyyəni və 2021-ci illə müqayisədə isə 40%-dən çox artmasının gözlədiklərini bildirib: "2023-cü ildə qiymətlərin 92 dollara düşəcəyi gözlənilir, lakin bir barel üçün beş illik orta hesab 60 dollardan xeyli yuxarı qalacaq” Məlumata görə, Avropada qaz qiymətlərinin 2022-ci ildə 2021-ci ilə nisbətən iki dəfə, kömür qiymətlərinin isə 80% daha yüksək olacağı gözlənilir. Bank, həmçinin bu il buğda qiymətlərinin 40%-dən çox artacağını da əlavə edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man