Şuşa 24 saat içməli su ilə təmin olunacaq - VİDEO

Gündəm 27 Aprel 2022 | 22:19
OXUNUB: 1063

Şuşanın su təchizatı ilə bağlı bütün fəsillər üçün qiymətləndirmə aparılıb. Şəhərdə yarana biləcək su çatışmazlığını aradan qaldırmaq məqsədilə su anbarı tikiləcək. "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı  jurnalistlərə açıqlamasında  bildirib ki, hazırda məqsəd Şuşada su təchizatını 24 saat fasiləsiz rejimdə təmin etməkdir.

Şuşada yarana biləcək su çatışmazlığını aradan qaldırmaq üçün su anbarı tikiləcək. "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı  jurnalistlərə açıqlamasında  bildirib ki, hazırda məqsəd su təchizatını 24 saat fasiləsiz rejimdə təmin etməkdir. Sovet dövründə su fasiləli qrafiklə olub deyə qurum rəsmisi qeyd edib.  Anar Cəbrayıllı vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə içməli su mənbələri ilə bağlı heç bir problem yoxdur, çünki orada yeraltı və yerüstü su mənbələri var. Onu da qeyd edək ki, Media nümayəndələrinin içməli və tullantı su sektoru ilə bağlı bilik və təcrübələrinin artırılması məqsədilə "İçməli və tullantı su təsərrüfatının inkişafı və qarşıda duran vəzifələ" mövzusunda  Azərsu və Medianın İnkişafı Agentliyi ilə birgə təlim keçirilib. Təlim və İnnovasiyalar Mərkəzində təşkil olunan tədbirdə 40-dan artıq media orqanının nümayəndələri iştirak edib. İştirakçılar Təlim və İnnovasiyalar Mərkəzi və mərkəzin təcrübə poliqonunda yaradılmış şəraitlə tanış olublar. bildirib ki, təlimin keçirilməsində məqsəd son dövrlər müşahidə olunan iqlim dəyişiklikləri, su ehtiyatları və onlardan səmərəli istifadə, əhalinin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması sahəsində mətbuat nümayəndələrinin bilik və təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək göstərməkdən ibarətdir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man