Maska taxmamağa görə yazılan cərimələr silinsin - TƏKLİF - VİDEO

Gündəm 27 Aprel 2022 | 12:54
OXUNUB: 437

"Mayın 1-dən etibarən tibbi maskadan istifadə tələbi ləğv edilir. Məlum olduğu kimi, maska taxılmamasına görə cərimə tətbiq olunurdu".

Bunu "Unikal"a açıqlamasında deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, bu cərimənin tətbiq edilməsində məqsəd insanların sağlamlığını qorumaq idi:

"Azərbaycan xalqı buna daha çox diqqət göstərdi, qaydalara əməl etdi. Xeyli insanın bununla bağlı cəriməsi var. Bir sıra ölkələrdə bu cərimələr ləğv olunub. Azərbaycanda da həmin cərimələrin ləğv olunması vacibdir. Elə insan var ki, 250-300 manat müavinət alır. Onun elə bu miqdarda cəriməsi var. Belə olan halda cəriməni necə ödəməlidir? Bizim məqsədimiz onları daha da ağır vəziyyətə salmaq deyil. Ya Nazirlər Kabineti, ya da parlament səviyyəsində bu cərimələrin bağışlanılması ilə bağlı qərar olmalıdır".

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man