Sərnişin nəqliyyatlarındakı problem nədir? - EKSPERT DANIŞDI

Gündəm 26 Aprel 2022 | 21:49
OXUNUB: 1971

“Sərnişin nəqliyyatı ilə bağlı hazırda problemlərimiz ictimai nəqliyyatın gücləndirilməsində prosesin ləng getməsidir”.

Avtosfer.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında yol hərəkətləri qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, digər tərəfdən də bu qədər dövlət tərəfindən vəsait ayrıldığı təqdirdə məlum olur ki, hər gün “Baku Bus”un təxminən 300 avtobusu xəttə çıxmır: “Nəticədə sərnişinlər yolda qalır. Bu da avtomatik manatlıq taksilərin dövriyyəyə keçməsinə səbəb olur. Bu zaman isə tıxac yaranır, ətraf mühitə daha çox zəhərli qaz ixrac olunur. İnsanlar xəsətələnir, zəhər udur və ciddi problemlər yaranır. Göründüyü kimi zəncirvari şəkildə bu proses biri-biri ilə necə bağlıdır. İctimai nəqliyyatın sərnişin daşımanın genişləndirilməsi üçün kompleks layihələr işlənilməlidir. Bu proses davamlı olaraq həyata keçirilməlidir. Bu avtobuslar razılaşdırılmış şəkildə Türkiyədən alınır. Buna görə də bu avtobusların daha keyfiyyətli olması, texniki baxımından yoxlanılması da türk şirkətlərinə həvalə oluna bilər. Ümumiyyətlə, Türkiyədən nəqliyyat təcrübəsini gətirmək faydalı ola bilər”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man