Xəbər veridiyimiz kimi Bakıda "Lexus” markalı avtomobili ilə motosikletçini döyən məmur Sultan Dadaşov saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Qaynarinfo-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, məhkəmənin qərarı ilə Sultan Tofiq oğlu Dadaşov 25 sutka həbs edilib.
13:25
Ötən gün Bakıda motosikletçiyə qarşı xuliqanlıq edən Sultan Dadaşov saxlanılıb.
Avtosfer.az bildirir ki, onun barəsində inzibati protokol tərtib edilib və baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib.
Məhkəmə gün ərzində S.Dadaşov barəsində qərar çıxaracaq. Onun inzibati qaydada həbs ediləcəyi bildirilir.
Qeyd edək ki, Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man