Sabahın hava proqnozu

Gündəm 26 Aprel 2022 | 14:13
OXUNUB: 1173

Aprelin 27-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 25-30° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man