Gələn həftənin birinci yarısı hava mülayim, yağmursuz olacaq

Gündəm 24 Aprel 2022 | 16:30
OXUNUB: 1017

Ölkə ərazisində sabit, yağmursuz hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, hazırda havanın temperaturu Bakıda iqlim normasından 3.0° yüksəkdir, Bakıda və Abşeron yarımadasında 16-20° isti, Naxçıvan MR-da 23-28° isti, dağlıq rayonlarda 26°-dək isti, aran rayonlarında 21-26° isti qeydə alınır.

Keçən gün ərzində Kür çayının yuxarı axınında Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsində 18 sm artım müşahidə olunub, respublikanın digər çaylarında isə hava şəraitinin əsasən yağmursuz keçməsi ilə əlaqədar sululuğun bir qədər azalması müşahidə edilib. Gələn həftənin birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 25-i səhər saatlarında bəzi yerlərdə az yağış yağacağı ehtimal olunur. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18-23° isti, Mərkəzi aran rayonlarında 25-30°, dağlarda isə 12-17° isti olacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man