Zelenski Ukraynanı NATO-ya qəbul etməmə qərarını böyük səhv adlandırıb

Gündəm 24 Aprel 2022 | 14:31
OXUNUB: 830

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsini NATO-ya qəbul etməmək Qərbin böyük səhvi olub.

Avtosfer.az xəbər verir ki, o bu barədə Kiyevdə metro stansiyasında mətbuat konfransı zamanı bildirib.  “İnanıram ki, Ukraynanı NATO-ya qəbul etməmək böyük səhv idi. Aydındır ki, bu Alyansı gücləndirə və Rusiyanın müharibəyə başlamayacağına zəmanət verə bilərdi. Bu strateji səhv sayılır”,- deyə Zelenski bildirib. Ukraynalı liderin sözlərinə görə, müharibə başlayanda ölkəsinin üç gündən çox tab gətirə bilməyəcəyi ilə bağlı fikirlər səsləndirilib: “Bəzi böyük dövlətlər sanksiyalar tətbiq etmək istəmirdilər və deyirdilər ki, üç gündən sonra işğal olunacaqsa, niyə tətbiq edək. Bu, səhvdir. Biz öz birliyimizlə Rusiyanın bizə göstərdiyi gücə münasibəti dəyişə bildik”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man