Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanunu təsdiq edib.
Avtosfer.az xəbər verir ki, qanuna əsasən, 2019-cu il oktyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumu təsdiq edilib. Qanuna əsasən, tərəflər Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün dövlətdaxili hüquqi prosedurların başa çatması barədə depozitariyə yazılı olaraq məlumat verir. Bu Anlaşma Memorandumu tərəfləri onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili hüquqi prosedurlarını tamamladığını bir-birinə diplomatik kanallar vasitəsilə bildirdikləri sonuncu yazılı bildirişin alındlğı tarixdən qüvvəyə minir. Anlaşma Memorandumu bir il müddətinə qüvvədə qalır və tərəflərdən birinin digərinə Anlaşma Memorandumunun müddətinin bitməsindən 30 gün əvvəl diplomatik kanallar vasitəsilə onu ləğvetmək niyyəti barədə yazılı olaraq bildriiş vermədiyi təqdirdə avtomatik olaraq sonrakı 1 illik müddətinə uzadılır. Bu Anlaşma Memorandumu bildirişin alındığı tarixdən 30 gün sonra ləğv edilir. Sənəddə qeyd edilir ki, “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumu çərçivəsində hər hansı fəaliyyətin həyata keçirilməsinə qadir olması üçün təlimə dəstək göstərmək və ya təlimdə iştirak etmək üçün ev sahibi ölkənin (ESÖ) ərazisinə öz qüvvələrini göndərən ölkənin (GÖ) şəxsi heyəti sağlamlıq baxımından yararlı olmalıdır. ESÖ tərəfindən sağlamlıq baxımından yararlılığı bildirən tibbi arayış tələb olunacaq. Eyni zamanda GÖ təlimin başlanmasından 10 gün əvvəl təlimdə iştriak edəcək şəxsi heyətin sağlamlıq vəziyyətlərini təlimdə iştriak üçün əlverişşi olduğunu bildirən tibbi arayış göndərəcək. GÖ təlimdə iştirak edən şəxsi heyətinə ÜST-ün müəyyən etdiyi peyvəndlərin ESÖ-yə girişdən əvvəl vurulmasını təmin edəcək. Bu məqsədlə ÜST-ün müəyyən etdiyi vurulan peyvəndlərin qeyd olunduğu standart opeyvənd kitabçaları şəxsi heyətin üzərində olmalıdır. GÖ-nün şəxsi heyəti əvvəlcədən müəyyən edilmiş yerdəyişmə müddəti üçün kifayət edəcək miqdarda dərman və ləvazimatı özləri ilə götürməlidir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man